İki nəfər imtahandan xaric olunub, 4 nəfərin nəticəsi araşdırılır 

13:09 22.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fevralın 20-dən keçirilən magistraturaya qəbul imtahanının nəticələri açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən hafta.az-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 17087 bakalavrdan 294 nəfəri imtahana gəlməyib.

1 nəfərdə mobil telefon aşkarlandığı üçün, 1 nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub və nəticələri ləğv olunub. Bundan əlavə, sual kitabçasını özü ilə aparan 4 nəfərin nəticəsi araşdırılır.